İranda Novruz şənliklərində 27 nəfər ölüb, 4 095 nəfər xəsarət alıb15-03-2023, 11:06
Çap et ![]() Bunu İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər deyib. C.Miadfərin sözlərinə görə, xəsarət alanlardan 287-i xəstəxanalara yerləşdirilib, 25 nəfər reanimasiya şöbələrindədir. 222 nəfərin bədən üzvü amputasiya edilib, 1 357 nəfər gözündən xəsarət alıb, 867 nəfər yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ən çox xəsarət alanlar – Tehran vilayətində 886 nəfər, Şərqi Azərbaycan vilayətində 482 nəfər, Qərbi Azərbaycan vilayətində 402 nəfərdir. Qeyd edək ki, İranda Novruz şənlikləri, xüsusilə çərşənbələrdə təhlükəli pirotexniki və partlayıcı vasitələrdən istifadə olunur. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|