Heqiqet.Az » medeniyyet » “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib


“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib

17-03-2023, 11:22
Çap et
ədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
Musiqi gecəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar – Respublika və beynəlxalq müsabiqələr laureatları Ləman Əsədova (violin) və Hüseyn Nağıyev (kamança) çıxış ediblər.
Solistlər dinləyicilərə Lüdviq Van Bethovenin Violin və orkestr üçün re major op.61 və Hacı Xanməmmədovun kamança və orkestr üçün konsertlərini təqdim ediblər.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edir.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edir.
Reytinq: