Qarabağa səfər edən braziliyalı jurnalistlər xüsusi reportaj hazırlayıblar17-03-2023, 11:26
Çap et ![]() Bu barədə Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyindən bildirilib. Qeyd edilib ki, braziliyalı jurnalistlər Ağdam rayonu və oradakı “İmarət” tarixi kompleksi, Şuşa və Füzuli şəhərlərində çəkilişlər aparmış, ermənilər tərəfindən törədilmiş urbisid və ekosidin, törədilmiş vəhşiliklərin əyani şahidi olublar. Hazırlanmış reportajda bunlar barədə Braziliyanın tamaşaçılarına bəhs edilib. Onların reportajında diqqətə çatdırılıb ki, ərazilərimiz işğaldan azad edildikdən sonra ilk qarşılaşdığımız problem minalarla bağlı olub. Bu reportaj vasitəsilə Braziliya ictimaiyyətinə Ağdam rayonunun erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri-Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının erməni vandalizminin qurbanı olması faktı da çatdırılıb. Braziliya TV öz reportajında Cümə məscidini, Şəhidlər xiyabanını və Ağdam Dram Teatrını da ziyarət ediblər. Urbisidə baxmayaraq, Ağdamda sürətlə tikinti və bərpa işlərin aparıldığını qeyd edib. 14.03.2023-cü il tarixində sözügedən video reportaj 212 milyon əhalisi olan Braziliyanın “Braziliya TV” dövlət kanalında xəbərlər proqramı çərçivəsində yayınlanıb və növbəti günlərdə təkrarlanacaq. Reportaja keçid: https://tvbrasil.ebc.com.br/reporter-brasil/2023/03/azerbaijao-pede-ajuda-ao-brasil-para-acordo-de-paz-com-armenia Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|