Azərbaycanın tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyevin böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır4-05-2023, 11:31
Çap et Sərəncamda qeyd edildiyi kimi, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Belə ki, XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni və çoxşaxəli fəaliyyət dövrü başlandı. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla Azərbaycanın tarixində böyük dönüş yarandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin tarixi əhəmiyyəti ondan ibarət idi ki, həmin dövrdə xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Ötən əsrin 70-ci illərindən etibarən görülən işlər Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni yüksəliş mərhələsinə daxil olması demək idi. Həmin vaxtdan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ümummilli Liderin xalqımız, tariximiz qarşısında ən böyük xidməti məkrli düşmənin torpaqlarımıza yiyələnmək istədiyi, ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu şəraitdə Ulu Öndərin Azərbaycan dövlətçiliyini xilas etməsi, ölkəmizi parçalanma təhlükəsindən qurtarması idi. Bununla yanaşı, Azərbaycan dövlətçiliyi Prezident Heydər Əliyevin qətiyyəti ilə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri zamanı ağır sınaqlardan uğurla çıxdı. Ulu Öndərin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Hazırda Ulu Öndərin vaxtilə işləyib hazırladığı və tutduğu düzgün siyasi kursun bəhrəsini görürük. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi nüfuz qazanıb. Ölkədə mövcud olan sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək, atdığı qətiyyətli addımlar Azərbaycan dövlətini qüdrətli və nüfuzlu ölkəyə çevirib. Dünya tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin layiqli varisi İlham Əliyevin rəhbərlik etdiyi müasir müstəqil Azərbaycan XXI yüzillikdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni uğurlara imza atır. Qeyd etmək yerinə düşər ki, Ümummilli Lider Azərbaycanı parçalanmaq, dağılmaq, siyasi xəritədən silinmək təhlükəsindən xilas edib, davamlı inkişaf yoluna çıxarmışdısa, Prezident İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirdi, dövlətin bütün resurslarını ərazi bütövlüyümüzün bərpası üçün səfərbər edib böyük uğurlar əldə etməyi bacardı. Elvina Xasməmmədova, "Azərbaycan xanımı" jurnalının baş redaktoru, "Qızıl qələm" mükafatı laureatı Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
