Heqiqet.Az » siyaset » Baş nazirin müavini: "Azərbaycanla Serbiya arasında viza rejimi ləğv oluna bilər"


Baş nazirin müavini: "Azərbaycanla Serbiya arasında viza rejimi ləğv oluna bilər"

28-09-2015, 17:34
Çap et
Baş nazirin müavini: "Azərbaycanla Serbiya arasında viza rejimi ləğv oluna bilər" "Azərbaycan və Serbiya arasında vizasız gediş-gəliş mümkün ola bilər".
Bunu Serbiyanın baş nazirinin müavini, turizm, ticarət və telekommunikasiya naziri Rasim Lyayiç bildirib.
R. Lyayiç bildirib ki, bu məsələ bu gün Bakıda keçirilən Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının növbəti iclasında müzakirə olunub: "Əsas təkliflər iki ölkə arasında biznes tərəfdaşlığının qurulması, Azərbaycan və Serbiya arasında viza rejiminin ləğvi, Belqrad-Bakı birbaşa aviareysinin açılması və infrastrukturun yaxşılaşdırılması, gediş-gəlişin asanlaşdırılması üçün bir sıra vacib məsələlərlə bağlı olub".
Reytinq: