Heqiqet.Az » medeniyyet » Milli Azərbaycan Tarixi Muzeyi sizi sərgiyə baxmağa dəvət edir


Milli Azərbaycan Tarixi Muzeyi sizi sərgiyə baxmağa dəvət edir

18-05-2023, 17:22
Çap et
Milli Azərbaycan Tarixi Muzeyi sizi sərgiyə baxmağa dəvət edir Milli Azərbaycan Tarixi Muzeyi sizi "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində keçirilən, 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş xaricdə yaşayan azərbaycanlı və əcnəbi uşaqların muzey eksponatları əsasında çəkdikləri rəsm əsərlərindən ibarət onlayn sərgiyə baxmağa dəvət edir.
Sərgidə nümayiş olunan, Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunun eksponatlarını əks etdirən rəsm əsərləri xaricdə yaşayan azərbaycanlı və əcnəbi uşaqlar tərəfindən çəkilib.
"Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsinin rəhbəri Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il mayın 18-də dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il isə ICOM tərəfindən “Muzeylər, dayanıqlılıq və rifah” devizi elan edilib.

Hüseynbala Həsən

Reytinq: