Rusiyanın seçkilərə təsir cəhdləri ilə bağlı Türkiyəyə heç bir məlumat daxil olmayıb - Çavuşoğlu22-05-2023, 11:46
Çap et Rusiya tərəfindən Türkiyədə keçirilən prezident seçkilərinə təsir etmək cəhdləri barədə məlumat daxil olmayıb.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun müvafiq ittihamlarına münasibət bildirərkən deyib. "Cənab Kılıçdaroğlu Rusiyaya qarşı təhdidlər dilə gətirib. Heç bir səbəbi olmadan ölkə ilə münasibətlərimizi korlamaq yaxşı deyil. Cənab Kılıçdaroğlundan konkret məlumatı olub-olmadığını soruşdum. Egər varsa elə bir məlumat, qoy paylaşsın. Cavab verdi ki, məndə [Rusiya tərəfinin hərəkətləri ilə bağlı] “belə təəssürat yaranıb”. Türkiyədə iqtidar iddiasında olan bir müxalifət lideri daha ciddi olmalıdır. Bizə də heç bir məlumat daxil olmayıb", - deyə nazir qeyd edib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb10:38
Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcəkHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|