Fazil Mustafa ona qarşı törədilən sui-qəsdən danışdı30-05-2023, 12:15
Çap et Fazil Mustafa Milli məclisin bu gün keçirilən iclasında ona qarşı törədilən sui-qəsdən danışıb.
O qeyd edib ki, sui-qəsdi törədənlərin qısa zaman ərzində hüquq-mühafizə orqanları tərəfindən saxlanması bir daha göstərdi ki, Azərbaycan dövləti ilə bu dillə danışmaq heç kimə müəssər olmayacaq. “Şəxsimə qarşı törədilmiş terror aktına dərhal həssaslıqla yanaşan ölkə Prezidentinə və Birinci vitse-prezidentə təşəkkürümü çatdırmaq istəyirəm”, - deyə o qeyd edib. Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb10:38
Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcəkHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|