İranda terror aktı nəticəsində dörd polis işçisi həlak olub24-07-2023, 13:12
Çap et İranda naməlum şəxslər yol polisinin xidməti avtomobilinə hücum ediblər.Hücum nəticəsində azı dörd polis işçisi həlak olub. Onlardan üçünün hadisə yerində, birinin isə sonradan öldüyü bildirilir. Terror hücumu ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində baş verib. Vilayətin mərkəzi bölgəsində, Taftan-Xaş avtomobil yolunda naməlum şəxslər patrul xidmətinin əməkdaşlarını atəşə tutublar. Hazırda hadisənin təfərrüatları araşdırılır, hələlik rəsmi şərh verilməyib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət SalmanoğluHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

İranda naməlum şəxslər yol polisinin xidməti avtomobilinə hücum ediblər.