Heqiqet.Az » iqtisadiyyat » Azərbaycandan Türkiyəyə təbii qazın ixracı ARTIB


Azərbaycandan Türkiyəyə təbii qazın ixracı ARTIB

30-08-2023, 11:41
Çap et
Azərbaycandan Türkiyəyə təbii qazın ixracı ARTIB Türkiyə iyun ayında ən çox təbii qazı Azərbaycandan idxal edib.
Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatına görə, iyun ayında Azərbaycandan 743 milyon 680 min kubmetr təbii qaz idxal edilib.
Hesabata əsasən, Azərbaycandan sonra Rusiyadan 707 milyon 520 min, İrandan isə 419 milyon kubmetr qaz idxal olunub.
Məlumata görə, Rusiyadan təbii qaz idxalı 58,1 faiz, İrandan idxal isə 50,9 faiz azalıb, Azərbaycandan təbii qaz idxalı isə təxminən 2 faiz artıb.
Reytinq: