Heqiqet.Az » sou » “Lazımsızlar həyatımdan çıxdı, gözəl sevgi yaşayıram” - Renka sevgilisindən danışdı


“Lazımsızlar həyatımdan çıxdı, gözəl sevgi yaşayıram” - Renka sevgilisindən danışdı

4-10-2023, 11:29
Çap et
“Lazımsızlar həyatımdan çıxdı, gözəl sevgi yaşayıram” - Renka sevgilisindən danışdı Lent.az-ın müsahibi “Black Angel” adı ilə tanınan məşhur rəqqasə Rəna Ağamuradovadır (Renka).
- Renka adını seçməyinizə nə səbəb oldu? Niyə Renka?
- Adım Rənadır. Uşaq vaxtından hamı mənə “Renka” deyirdi deyə özümə bu adı seçdim. Həmişə saçlarım qara idi, özümdə qarayanız idim deyə elə bu ləqəbi seçdim. Sonra elə “instagram” adımı da “renka black angel” qoydum.
- Ölkəmizdə çox önəmli günlər yaşanır, Azərbaycan düşmənin işğal etdiyi bütün torpaqlara bayraq sancır. Siz bu günləri necə yaşayırsız? Bu günlərlə bağlı yeni yaradıcılığınız olacaq?
- Belə zamanlarda daha çox diqqətli davranmaq lazımdır. Həmişə düşünmüşəm ki, paylaşımlarımıza da fikir verməliyik. Düşmənlərimiz baxıb sevinməsin və bölgələrdən də heç nə paylaşmayaq. Bildiyimiz kimi, sentyabrın 27-si “Anım günü” idi və mən hər il dönümündə çox məyus oluram. Ümid edirəm ki, təki hər şey bitsin, artıq şəhidlərimiz olmasın bu hissləri birdə yaşamayaq. Çünki adam baxdıqca çox pis üzülür. Əlimdən gəldiyi qədər şəhid və qazi ailələrinə yardlm edirəm. Qazimizin xınasında iştirak etmişəm. Amma bu haqda danışmağı çox sevmirəm.
Reytinq: