Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar23-10-2023, 12:32
Çap et Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, iki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib. Turnirin ikinci günündə oğlanlar arasında -73 kq, -81 kq və +90 kq çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. -73 kq çəkidə Cəsur İbadlı yarışın bürünc medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Əhməd Mehdiyev 7-ci yerdə qərarlaşıb. -81 kq çəki dərəcəsində Əli Qazıməmmədov gümüş medal, Mehdi Abbasov isə bürünc medal qazanıb. +90 kq çəkidə final görüşündə iki cüdoçumuz Sübhan Axundov və Rəsul Səmədli qarşılaşıb. Nəticədə Sübhan Axundov qızıl medal əldə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
