Qaçqın və məcburi köçkün məktəblərinin aqibəti necə olacaq? - Nazirdən AÇIQLAMA1-11-2023, 15:19
Çap et ![]() Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, orada təhlükəsizlik və digər məsələlər təmin olunduqdan sonra bu, mümkün olacaq. O ki qaldı keçmiş qaçqın və məcburi köçkün məktəblərinin aqibətinə, nazir bildirib ki, burada iki variant var. "Elə məktəblər var ki, sonradan yeni bina tikilib. Məsələn, 1 saylı Şuşa məktəbi tarixi yerinə qayıdırsa, onun Bakıdakı binası müvafiq ərazi üzrə uyğunlaşdırılacaq və həmin məktəb Bakı məktəbi kimi fəaliyyətini davam etdirəcək. Lakin elə məktəblər də var ki, ayrıca binası olmayıb. Binası olmadığı üçün nəyisə ləğv etməyə ehtiyac yoxdur". Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir. "İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
15:19
Təhsilə dövlət qayğısıHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|