İsrailli nazirin Qəzzaya qarşı nüvə təhdidi qəbuledilməzdir - ABŞ rəsmisi7-11-2023, 12:11
Çap et İsrailli nazirin Qəzzaya qarşı nüvə təhdidi qəbuledilməzdir
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel İsrailin irs naziri Amihai Eliyahunun blokadada olan Qəzza zolağına qarşı nüvə bombası təhdidini şərh edərkən deyib. Tərəflərin nifrət ritorikasından çəkinməsinin vacibliyinə toxunan ABŞ Dövlət Departamentinin nümayəndəsi Qəzza zolağına qarşı nüvə təhdidinin tamamilə yolverilməz olduğunu vurğulayıb. Qeyd edək ki, İsrailin irs naziri Amihai Eliyahu qatıldığı radio verilişində Qəzzaya qarşı nüvə bombasından istifadənin ehtimallardan biri olduğunu deyib. Bu açıqlamasından sonra İsrailin baş naziri Benyamin Netanyahu Eliyahunu qeyri-müəyyən müddətə kabinet iclaslarından kənarlaşdırıb. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb10:38
Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcəkHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|