Heqiqet.Az » siyaset » Növbəti ilin dövlət büdcəsi sosial yönümlüdür - Sahibə Qafarova


Növbəti ilin dövlət büdcəsi sosial yönümlüdür - Sahibə Qafarova

13-11-2023, 12:53
Çap et
Dövlət büdcəsi müasir dövrün çağırışlarını nəzərə alaraq hazırlanıb.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman deyib.
O qeyd edib ki, növbəti ilin dövlət büdcəsi sosial yönümlüdür.
“Dövlət büdcəsinin digər prioritetlərinə işğaldan azad edilmiş ərazilərin bərpası, müdafiə qabiliyyətinin gücləndirilməsi, təhsil və digər məsələlər daxildir. Dövlət büdcəsi iqtisadiyyatın davamlı inkişafına, nəzərdə tutulan proqramların həyata keçirilməsinə zəmin yaradacaq”, - deyə o əlavə edib.
S.Qafarova vurğulayıb ki, gələn ilin dövlət büdcəsi layihəsi ölkə həyatında müşahidə olunan müsbət meylləri özündə əks etdirir. “Həm gəlir, həm də xərclər ildən-ilə artırılır. gələn ilin dövlət büdcəsində bu istiqamətdə nəzərdə tutulan göstəricilərin rekord məbləğdə olması ölkənin iqtisadi potensialının təzahürüdür”, - deyə spiker bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.
Reytinq: