Bu maaşla gənclərimizi elmə gətirmək istəyirik? - Deputat14-11-2023, 15:01
Çap et ![]() Bunu Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Əziz Ələkbərov deyib. O qeyd edib ki, yəni paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır. “Doğrudanmı, bu maaşla gənclərimizi elmə gətirmək istəyirik?! Doğrudanmı, güman edirik ki, bu qədər əməkhaqqı ilə alim elmlə məşğul olacaq?!”, - deyə o qeyd edib. Ə.Ələkbərov, eyni zamanda, elmi dərəcəsi olanlar üçün nəzərdə tutulan vəsaitin az olmasına da toxunub. “Alimlərə verilən dərəcə pulu 60-100 manat kimi qalıb. Fəlsəfə doktoruna hər biri üçün iki çörək, elmlər doktoru üçün isə üç çörək pulu verilir. Bəlkə, bu doğrudan da, alimə verilən elmi dərəcə pulu yox, elə çörək puludur. Hesab edirəm ki, elmimiz və alimlərimiz bu münasibətə layiq deyil”, - deyə o əlavə edib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
15:19
Təhsilə dövlət qayğısıHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|