Şahmatçılarımız Almaniyanı məğlub etdi16-11-2023, 10:57
Çap et ![]() Kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Monteneqronu məğlub edib. Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb. Nicat Abasovla Vasif Durarbəyli qələbə qazanıb. Yekunda yığma 3-1 hesablı qələbəni aktivinə yazdırıb. Qadın şahmatçılardan ibarət kollektiv isə Almaniya ilə üz-üzə gəlib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova turu heç-heçə ilə başa vurub. Birinci lövhədə Günay Məmmədzadənin Elizabet Petsi məğlub etməsi Azərbaycan komandasına 2,5-1,5 hesabı ilə qələbə qazandırıb. V turdan sonra kişilərdən ibarət milli komanda 6 xalla 9-cu yerdədir. 9 xalı olan Azərbaycan və Fransanın qadın şahmatçılardan ibarət komandası turnir cədvəlinə başçılıq edir. Bu gün Avropa çempionatında istirahət günüdür. Noyabrın 17-də keçiriləcək VI turda kişilərdən ibarət Azərbaycan yığması Yunanıstanla, qadın şahmatçılar isə Bolqarıstanla mübarizə aparacaq. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
15:19
Təhsilə dövlət qayğısıHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|