Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Bakı SOS Uşaq kəndində tibbi sosial aksiya keçirib16-11-2023, 11:04
Çap et 15 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən “SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının Bakı şəhərində yerləşən SOS Uşaq kəndində “20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü”nə həsr edilmiş sosial tibbi aksiya həyata keçirilib.
Tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dos.İsmayıl Əfəndiyev, Bakı SOS Uşaq kəndinin direktoru Fuad Ələkbərov, Mərkəzi Gömrük Hospitalının şöbə rəisləri, həkimlər, tibb bacıları və digər əməkdaşlar iştirak ediblər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Bakı SOS Uşaq Kəndinin balaca sakinlərini qarşıdan gələn “20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü” münasibətilə təbrik edib, onlar üçün təşkil olunan bu cür sosial tibbi aksiyaların əhəmiyyətindən danışıb. Bu cür aksiyaların artıq ənənəvi hal aldığını deyən C.Məmmədov, bu tədbirin də Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirildiyini vurğulayıb, gələcəkdə də bu tədbirlərin davamlı olacağına əminliyini bildirib. Bakı SOS Uşaq kəndinin direktoru Fuad Ələkbərov uşaqlar üçün təşkil olunan bu tibbi aksiyanın keçirilməsinə görə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədova və Mərkəzi Gömrük Hospitalının həkimlərinə dərin minnətdarlığını bildirib. O, SOS Uşaq kəndlərinin yaradılması tarixindən ətraflı məlumat verib və bildirib ki, burada uşaqlar hərtərəfli qayğı ilə əhatə olunub. Hər birinin SOS dostları və SOS ailəsi var. Onlar da adi uşaq bağçalarına gedir, məktəblərdə təhsil alır, daim digər uşaqlarla ünsiyyətdə olur və özlərini ailə mühitində hiss edirlər.Tədbirin rəsmi açılış hissəsindən sonra Bakı SOS Uşaq Kəndinin sakinləri bədii kompozisiya ilə çıxış ediblər. Aksiya çərçivəsində SOS Uşaq Kəndinin 50-yə yaxın sakini Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri: pediatrlar, uşaq nevropatoloqu, psixiatr, uşaq cərrahı, kardioloq, fizioterapevt, dermatoveneroloq, uroloq, sonoloq və mama-ginekoloqdan ibarət həkim briqadası tərəfindən müayinə edilib və müayinə nəticəsində səhhətində problem aşkarlanan uşaqlara yerində tibbi məsləhətlər verilib. Aksiya zamanı uşaq və yeniyetmələrə “Baku Kids Company” şirkəti tərəfindən təqdim olunmuş oyuncaqlar hədiyyə olunub. Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası arasında cari ildə əməkdaşlıq memorandumu imzalanıb. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
13:57
Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib17:57
Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar09:06
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirinin iştirakçıları “TRT Antalya” radiosunda olublar12:38
Prezident İlham Əliyev: Azərbaycan-Özbəkistan əlaqələri hər keçən gün yeni məzmunla zənginləşirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|