Heqiqet.Az » dunya » Türkiyədə sərnişin avtobusu yük maşını ilə toqquşdu - Ölən və yaralananlar var


Türkiyədə sərnişin avtobusu yük maşını ilə toqquşdu - Ölən və yaralananlar var

27-11-2023, 13:19
Çap et
Türkiyənin Sivas şəhərində sərnişin avtobusu hərəkət halında olmayan yük maşınına çırpılıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bu barədə Türkiyə KİV-inə istinadən xəbər verilir.
Məlumata görə, qəza Sivas-Ankara magistral yolunda Sivasın Yıldızeli mahalının Yaraşbeli məhəlləsində baş verib. Sivas istiqamətində hərəkət edən sərnişin avtobusu yolda dayanmış yük maşınına çırpılıb.
Hadisə nəticəsində yük maşınının ehtiyat sürücüsü ölüb, avtobusun iki sərnişini isə yüngül xəsarətlər alıb.
Reytinq: