Ağdərə bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edilmişdi - Elman Məmmədov27-11-2023, 13:25
Çap et 1991-ci il noyabrın 26-da Azərbaycan SSRİ Ali Sovetinin sessiyasında Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna xitam verildi, vilayət tərkibində olan rayonlar ləğv edildi və yenidən yaradıldı. Həmin gündən 32 il bir gün keçir.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Xocalının deputatı Elman Məmmədov “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat xatırladıb ki, o da həmin sesiyada iştirak edib. "Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi. O dövrdə Azərbaycanda baş alıb gedən anarxiya, dərəbəylik, qanunsuzluq və hərc-mərclik səbəbindən bu rayon ləğv olundu. Ağdərə rayonu həmin dövrdə respublika rəhbərliyində təmsil olunan bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edildi”, - deyə o əlavə edib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|