Qəzza zolağında quru əməliyyatında həlak olan İsrail hərbçilərinin sayı 75-ə çatıb4-12-2023, 12:08
Çap et Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) daha üç hərbçisi həlak olub.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, həlak olanlardan biri təcili hərbi xidmət keçən 19 yaşlı serjant, digər 2 hərbçi isə 22 və 36 yaşlı tədaüdçü mayorlardır. Beləliklə, Qəzza zolağında quru əməliyyatında həlak olan İsrail hərbçilərinin sayı 75 nəfərə çatıb. Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
13:57
Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib17:57
Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar09:06
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirinin iştirakçıları “TRT Antalya” radiosunda olublar12:38
Prezident İlham Əliyev: Azərbaycan-Özbəkistan əlaqələri hər keçən gün yeni məzmunla zənginləşirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|