Bakıda İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilir4-12-2023, 12:13
Çap et 4-5 dekabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü” keçirilir.
Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran və Pakistan daxil olmaqla təşkilatın 9 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edir. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev insan resursları və keyfiyyətli kadr potensialının turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri olduğunu, turizm təhsilinin əsas məqsədinin də turizmin bütün alt sahələri üçün lazımi bilik və bacarıqlara malik insan kapitalını təmin etmək olduğunu qeyd edib. O bildirib ki, hazırda Azərbaycanda turizm sahəsində on minlərlə insanın çalışır, bununla belə sənayenin daimi inkişafını nəzərə alaraq, turizm sektorunda yüksək ixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat var. Fuad Nağıyev çıxışında azad edilmiş torpaqlarımızda cənab Prezidentin sərəncamı ilə yaradılacaq “Qarabağ Universiteti”ndə turizmlə də bağlı ixtisasların da nəzərdə tutulacağını qeyd edib. İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Xusrav Noziri çıxışında regional turizmin inkişafı üçün turizm təhsili üzrə əməkdaşlığın vacib olduğunu, bu baxımdan təşkilatın turizm üzrə təhsil müəssisələrinin birinci görüşünün əlamətdar hadisə olduğunu qeyd edib. O həmçinin son illərdə Azərbaycanda turizm sahəsində görülən işlər və mövcud zəngin potensialını vurğulayaraq cari ilin oktyabr ayında Ərdəbildə keçirilən təşkilatın Yüksək Vəzifəli Turizm Ekspertlərinin 7-ci görüşü və Turizm Nazirlərinin 5-ci iclasında Şuşanın turizm paytaxtı seçildiyini xatırladıb. Tədbir çərçivəsində DTA sədri Fuad Nağıyev və İƏT-in baş katibi Xusrav Noziri arasında ikitərəfli görüş də keçirilib. Tədbirdə “Dövlət, Təhsil və Sənayenin Əlaqələndirilməsi: turizm təhsilində ən yaxşı təcrübələr”, "Kurrikulum tərtibatı: gələcək tələbat üçün turizm təhsilinin yaxşılaşdırılması”, “İnnovasiya və Texnologiya: turizm təhsilində yeni trendlər” mövzusunda panel müzakirələr keçiriləcək və turizm təhsili verən ali təhsil müəssisələrinin təqdimatları nümayiş etdiriləcək. Tədbirin ikinci günündə təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi və turizm təhsili müəssisələrinin vahid şəbəkəsinin yaradılması mövzularında dəyirmi masanın təşkili, eləcə də turizm təhsilinə aid müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi niyyətinin əks olunduğu “Bakı Bəyannaməsi”nin qəbulu nəzərdə tutulub. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb10:38
Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcəkHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|