Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmayacaq12-12-2023, 13:45
Çap et ![]() Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi. 1994-cü ilin may ayında atəşkəs imzalandı və Ermənistanın aktiv hərbi təcavüzünün qarşısı alındı. Ölkədə silahlı müxalifətin qarşısı alınaraq cəmiyyətin inkişafı dinc, demokratik yola yönəldildi. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını qoruyub saxlaya bildi. İflic vəziyyətinə düşmüş dövlət aparatı yenidən işləməyə başladı. Azərbaycan xalqının milli qüruru özünə qaytarıldı. Xalqın millət, torpaq, Vətən və bayraq sevgisi bərpa olundu. Ümummilli lider Heydər Əliyev ölkənin üzləşdiyi bir-birindən ağır problemlərin həll edilməsində, milli müstəqilliyin möhkəmləndirilməsində və dönməzliyin təmin edilməsində, müasir cəmiyyət quruculuğu işində etibarlı siyasi dayaq oldu. Son dərəcə qısa zaman kəsiyində Azərbaycan cəmiyyəti əsrə bərabər inkişaf yolu keçmiş oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı millətin və dövlətin sabahına inamını bərpa etdi. Ümummilli Liderin siyasəti ilə xalqın amallarının üst-üstə düşməsi taleyüklü vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaratdı. Bütün sahələrdə aparılan köklü islahatlar Azərbaycanın imicini dəyişdirdi. 1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul edilmiş ilk konstitusiyamız Azərbaycanda hüquqi islahatların daha da dərinləşdirilməsi və inkişafı üçün stimul oldu. Demokratik, azad seçkilər yolu ilə icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin formalaşdırılması, milli dövlətçiliyin inkişafı, müasir dövlət quruculuğu prosesinin əsasını qoydu. İnsan hüquq və azadlıqlarının təmin edilməsi və etibarlı şəkildə qorunması sivil cəmiyyətin formalaşmasına təkan verdi. Ölkədə bazar münasibətlərinə əsaslanan iqtisadi sistem təşəkkül tapdı. Aqrar islahatlar, özəlləşdirmə prosesi uğurla həyata keçirildi. Nəticədə əhalinin sosial rifahı nəzərə çarpacaq dərəcədə yaxşılaşmağa başladı. Ulu Öndərin yürütdüyü daxili və xarici siyasət nəticəsində gündən-günə güclənən müstəqil Azərbaycan dövləti tezliklə beynəlxalq aləmdə özünə layiqli yer tutdu. Liderliyin bütün keyfiyyətlərini özündə birləşdirən Ulu Öndər hətta opponentləri tərəfindən də dünya səviyyəsində olan güclü siyasi lider kimi qəbul olunurdu. Heydər Əliyevin güclü xarizması, fenomenallığı onun dövlət xadimi kimi bir sıra üstünlüklərə malik olduğunu söyləməyə imkan verir. 2003-cü ildən isə Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri çərçivəsində uğurla davam etdirməsi Azərbaycanın davamlı inkişafını təmin etmiş oldu. Ulu Öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ömrünü xalqına həsr edən dahi şəxsiyyətin bu arzusu isə 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bütün bu möhtəşəm uğurlar isə məhz ulu öndər Heydər Əliyevin siyasi kursu və amalları əsasında həyata keçirilmiş düşünülmüş siyasətin nəticəsində qazanılmışdır. Bir sözlə, Prezident İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu – Qarabağın azadlığını təmin etdi. Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmayacaq və müstəqil dövlətimizin gələcək inkişafı naminə ulu öndər Heydər Əliyevin ideyaları ölkəmizdə əbədi yaşayacaqdır. ![]() Manaf Manafov, Nərimanov Rayon MKTB-nin rəisi Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|