Heqiqet.Az » sou » Məşhur ukraynalı Rusiyanın ən bahalı müğənnisi olub


Məşhur ukraynalı Rusiyanın ən bahalı müğənnisi olub

21-12-2023, 10:47
Çap et
Ukraynalı müğənni Anna Asti uzun müddətdir ki, Rusiyada yaşayır.
Rusiya mediasının xəbərinə görə, Anna Asti Rusiyanın ən bahalı müğənnisi olub. Konsert təşkilatçılarından birinin Rusiya mediasına verdiyi şərhdə dediyi kimi, Asti 40 dəqiqəlik çıxış üçün 20 milyon rubl (400 min manatdan çox) tələb edir.
Müğənninin çıxışının qiyməti Yeni il korporativ şənliyinin yerindən asılıdır. Məsələn, Asti Moskvadakı çıxışa görə daha az pul alır, ona görə ki, o, bir gecədə bir neçə yerdə səhnəyə çıxa bilir.
"Anna Astinin Moskvadakı çıxışı 10 milyon və ya daha çox baha başa gəlir, lakin o, bölgələrə 20 milyondan aşağı getməyəcək",- deyə köməkçisi bildirib.
Reytinq: