Heqiqet.Az » sou » “Sərvətimi sevgilimdən daha çox sevirəm” - Bred Pitt


“Sərvətimi sevgilimdən daha çox sevirəm” - Bred Pitt

8-01-2024, 16:53
Çap et
60 yaşına baxmayaraq, Hollivud ulduzu Bred Pitt hələ də dünyanın ən yaraşıqlı və xarizmatik kişilərindən sayılır.
Öözündən 40 yaş kiçik İnes de Ramon ilə sevgili olan Pittin onunla evlənəcəyinə dair söz-söhbətlər yayılıb. İnesi çox sevsə də, Bred evlənməyə tələsmir. Çünki Ancelina Coli ilə boşanması ona xeyli maddi ziyan vurub. Pitt indi əlində olan vəsaiti qorumağa çalışır. İnandırıcı görünməsə də, onun cəmi 650 min dolları qaldığı bildirilir. Bəzi qəzetlər aktyorun vergilərdən yayınmaq üçün sərvətini az göstərdiyini yazırlar. Aktyorun keçmiş arvadı Coliyə 248 min dollar ödəməli olduğu da bilinir.
Aktyor verdiyi son müsahibəsində “60 yaşımda özümü çox sevirəm, sevgilimi də sevirəm. Amma sərvətimi daha çox sevirəm” şəklində qəribə bir açıqlama verib.

Reytinq: