Qazaxıstan Respublikası Almata əl-Fərabi adına Qazaxıstan Milli Universitetində keçirilən II Beynəlxalq Türkoloji Kongresi keçirilmişdir21-01-2024, 20:41
Çap et Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi Qalib Sayılov Qazaxıstan Respublikası Almata əl-Fərabi adına Qazaxıstan Milli Universitetində keçirilən II Beynəlxalq Türkoloji Kongresdə iştirak etmişdir. Konqresi tanınmış türkoloq, əl-Fərabi adına QazMU-nin professoru Janseyit Tuymebayev açaraq dünyanın bir çox ölkələrindən gələn alimləri və digər iştirakçıları salamladı.
Daha sonra plenar iclasda maraqlı məruzələr edildi. Plenar iclasın moderatırları tanınmış türkoloqlar;- KazMU Türkiyyat və Altayşünaslıq institutunun icraçı direktoru, filologiya elmləri doktoru professor Şaymərdanovaə, filologiya elmləri doktoru professor, KazMU-nin Türkoloji və dil nəzəriyyəsi kafedrasının müdiri Avakova Rövşəngül Əmirdinqızı idi. Plenar iclasda KazMU-nin rektoru professor Canseyit Xanseyit oğlu Tuymebayev, Qazaxıstan Dil Qurumunun və "Beynəlxalq Türkoloji Mərkəzin " prezidenti Hacıbek Erden Zadaeviç, Rusiya EA müxbir üzvü, professor Dıbo Anna Vladimirovna, Cənubi Koreya Donqduk Avrasiya Türk araşdırmaları İnstitutunun direktoru professor O In Kyonq, AMEA Folklor institutunun aparıcı elmi işçisi Qalib Sayılov, Kazakistan Respublikası Baytursunov adına Dilçilik institutunun direktoru Professor Anar xanım Fazılcan , KazMU Türoloji və Altayşünaslıq institutunun icraçı direktoru, professor Şaymərdanova Nursulu Jamalbek qızı məruzə etmişdir. Daha sonra seksiya iclaslarında tanınmış alimlərdən Özbəkistan Respublikası Daşkənd Dövlət Universitetinin professoru professoru Dosmuhammed Gülməmmədov, Rusiya EA Şərqşünaslıq institutunun şərq tarixi şöbənin müdiri A.D. Vasiliyeviç, Rusiya EA Sibir bölməsinin başqanı akademik Dyakanov V. M. İrkutskdan Innokentiy Novoqorodov maraqlı məruzə etmişdir. II Beynəlxalq Türkoloji Kongresin işi çox rentabelli olmuşdur. Kazaxıstan Respublikası Elm və Təhsil Nazirliyi ELMİ komitəsi M.O. Əuezov adına Ədəbiyyat və Sənət və Sənət institutunun direktoru professor Kenjexan Matıxanovun dünya folklorşünaslığında dəyərli hadisə sayılan bir monoqrafiyası işıq üzü görüb. Almata şəhərində "Servis Press" nəşriyyatı tərəfindən çap edilən bu monoqrafiya doğrudanda modern folklorşünaslığının ən əhəmiyyətli nümunələrindən biri kimi dəyərləndirilir. Monoqrafiya "Qazax Mədəniyyətində Oyun Fenomeni" ( kökü, təbiəti, tipologiyası, transformasiyası) adlanır. Kazak folklorunda ilk dəfə olaraq milli oyunların janr mahiyyəti, sistemi, təsnifatı, tədqiqat və işlənmə tarixi, inkişaf dinamikası və transformasiyası istiqamətləri elmi müstəvidə ümumiləşdirilmişdir. Müəllif ənənəvi xalq mədəniyyətində və folklor yaddaşında oyun fenomenini müxtəlif elm sahələri ilə multidissiplinar əlaqədə (fəlsəfəpsixologiya, etnologiya,pedoqogika) izah edir. Alim əlyazmalardan, folklor toplamalarından və müxtəlif nəşrlərdən istifadə edərək oyun folklorunun təbiəti və janr sistemi haqqında məlumat verir. Kitab ümumtürk mədəni coğrafiyasında və dünya folklorşünaslığında dəyərli hadisə sayılan bir mənbəə hesab olunur. Bu münasibətlə dostum professor Kenjexan Matıxanovu ürəkdən təbrik edir və yeni uğurlarını gözləyirik. AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Qalib Sayılov və Qazaxıstan respublikası Almata əl-fərabi Fərabi Üniversitetinin Fəlsəfə və Politologiya fakültəsinin dekanı Bekjan Mirbayev ilə onun dəvəti görüş keçirilib . Görüş çox məhsuldar və gələcək prespektivlərin və proyektlərin müəyyən edilməsi istiqamətində söhbətlər əsnasında davam etmişdir. Sonda dekan Qalib Sayılovu universitetə "Müasir Mədəniyyətlər və İslam " mövzusunda məruzə etmək təşəbbüsünü bildirib. Yaxın vaxtlarda azərbaycanlı alim bu universitetdə məruzələrə başlayacaq. Görüşdə Oralbek İrəvan oğlu da iştirak etmişdir Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|