Malların risk qruplarının təyin edilməsi meyarları TƏSDİQLƏNDİ1-02-2024, 12:06
Çap et ![]() İqtisadiyyat Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir. Malların risk qrupları maldan yarana biləcək təhlükələr nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında təyin edilir: - mexaniki təhlükə; - boğulma təhlükəsi; - elektrik cərəyanının vurma təhlükəsi; - istilik və ya yanğın təhlükəsi; - yanığa səbəb ola biləcək termal təhlükə; - kimyəvi təhlükə; - mikrobioloji təhlükə; - səs və ultrasəs təzyiqi nəticəsində yarana biləcək təhlükə; - radiasiya təhlükəsi; - partlayış təhlükəsi; - malın növündən (funksional təyinatından) asılı olaraq yarana biləcək təhlükə; - maye təzyiqi nəticəsində yarana biləcək təhlükə; - lazer mənbələrindən yarana biləcək təhlükə; - emal texnologiyalarının son istifadə müddəti; - malın son istifadə müddəti; - təhlükənin zərər vura biləcəyi obyektlər; - obyektlərə vurula biləcək zərərin təsviri; - zədə ssenarisi. Meyarların tətbiqi zamanı aşağıdakılar nəzərə alınır: - malın yarada biləcəyi təhlükə ilə bağlı elmi-texniki məlumatlar; - həssas istehlakçı qrupları nəzərə alınmaqla, maldan yarana biləcək təhlükənin ağırlıq dərəcəsi; - maldan yarana biləcək təhlükə barədə dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən daxil olan məlumatlar; - malın qablaşdırılmasından yarana biləcək təhlükə; - texniki reqlamentlər qüvvəyə minənədək həmin reqlamentlərin əhatə etdiyi mallara dair standartların, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktların tələbləri. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|