MSK tərəfindən seçicilər üçün bütün imkanlar yaradılıb - Məzahir Pənahov5-02-2024, 12:33
Çap et Mərkəzi Seçki Komissiyası tərəfindən seçicilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkün olacaq.
Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MDB-nin Baş katibi Sergey Lebedev ilə görüş zamanı səsləndirib. MSK-nın sədri bildirib ki, ölkəmizdəki seçkiləri müşahidə etmək üçün 790 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Baş katibə seçkilərə hazırlıq işləri barədə məlumat verən M. Pənahov diqqətə çatdırıb ki, ilk dəfə olaraq seçkilər Azərbaycanda bütün ölkə ərazisini əhatə edəcək. O diqqətə çatdırıb ki, 3 təşkilat seçkilərdə “exit-poll” keçirmək üçün müraciət edib, onlardan biri ABŞ-ın “Oracle Advisory Group” təşkilatıdır. MSK sədri, həmçinin, məlumat kitabçalarının hazırlandığını, səsvermə günü Ali Məhkəmə, Ombudsman Aparatı və digər qurumların prosesə cəlb olunduğunu vurğulayıb. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
13:57
Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib17:57
Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar09:06
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirinin iştirakçıları “TRT Antalya” radiosunda olublar12:38
Prezident İlham Əliyev: Azərbaycan-Özbəkistan əlaqələri hər keçən gün yeni məzmunla zənginləşirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|