Fəxrəddin Ziya - dağlar qədər uca və məğrur şair8-02-2024, 12:41
Çap et “İstəyimin qolları” kitabı barədə fikirlərim
Şair, qələmə aldığı yazılarda, əsasən mənəvi dəyərlərə üstünlük verir. Bu, olduqca yaxşı haldır. Çünki mənəviyyat insanın rifahı üçün əsas amildir; o, bu müsbət aura ilə öz poetik vüsətinə yetə bilir. Zənnimcə, istedadlı şair, gözəl insan Fəxrəddin Ziyanın yaradıcılığında da bu proses mühüm əhəmiyyət kəsb edir. Onun şeirlərində mənəvi dəyərlər, insan amili, sosial rifah və yüksəlişə zəmin yaradan hallar zərgər dəqiqliyi ilə cilalanıb. Onun 2023-cü ildə «Qanun» nəşrlər evində işıq üzü görmüş «İstəyimin qolları» kitabında da bu mühüm komponenti görmək çətin deyil. Kitabda əsas etibarilə istedadlı şairin şeirləri haqda rəylər, özü haqqında məqalələr, verdiyi müsahibələr, şairin şeirləri və poemaları toplanıb. Kitab, annotasiyadan da göründüyü kimi, iki hissədən ibarətdir. Birinci hissə «Söz haqqında söz» başlığı ilə təqdim olunub. Burada yuxarıda dediyim kimi, şair haqqında müxtəlif illərdə yazılmış və yaradıcılığından bəhs edən məqalələr, publisistik-bədii düşüncələr, resenziyalar, itabları haqqında rəylər və s. əksini tapıb. Kitabın ikinci hissəsində isə şairin öz yaradıcılıq nümunələri, irihəcmli əsərləri toplanıb. Təbii ki, bu kitabda başlıca amil oxucuda xoş əhval yaratmaq, onu bitkin düşüncə və fikirlərlə üz-üzə qoymaq, şairin öz ədəbi səltənətinə qonaq etməkdir. Düşünürəm ki, illərdir poeziyada külüng çalan Fəxrəddin Ziya bu parametrləri də zərgər kimi dəqiq çözə bilib. Mənim bu kitab haqqında yazım kitabdakıları bir-bir oxuculara təqdim etmək deyil, onsuz da bu kitab oxucunun stolüstü kitabıdır və buradakıları təkrarən önə çəkməyə ehtiyac da yoxdur. Mənim məqsədim Fəxrəddin Ziyanın poetikada əsasən nəyə istinad etdiyi, ədəbiyyata nə verdiyi barədə bir-iki kəlmə fkir ifadə etməkdir. Səmimi deyim ki, onun adıçəkilən kitabını da əvvəlki kitabları kimi böyük həvəslə oxudum. Orada (özü haqqında) yazılanların səmimiyyətinə inandım, hər yazıda bir insan ömrü, bir düşüncə təlatümü gördüm və s. Fəxrəddin Ziyanın obrazlarının yaşamaq eşqi çox güclüdür. Onların həyat sevdaları rənglidir. İstedadlı şair taleyi insanın ən ali prosesi kimi çözür, ümidi insan üçün xilas mənbəyi hesab edir. Ona görə də yeni kitabındakı obrazlar bir istedadlı qələm adamının poetikasının işığı ilə sabaha yol, istiqamət tapa bilirlər. Sanki Fəxrəddin müəllim obrazları ilə danışır, bəzən onlara ərk edir. Buna görə sanırıq ki, o obrazlar üzüyola, ərköyün, bir az da küskün uşaq kimidir. Onlardakı məsum baxışlar hər birimizdə heyrətə səbəb yaradır. Fəxrəddin Ziya onların sabahını işıqlı duyğularla səciyyələndirib. Bəzən mənə elə gəlir ki, Fəxrəddin müəllim öz fərqli şair görkəmi ilə hər acının içində bir ürək yanğısı olduğunu, hər yanğıda da bir insan taleyinin ütüldüyünü bəlli edir. Buna görə onun xeyir-duasını alanların, göstərdiyi yolla gedənlərin ömür qayığı heç vaxt ləngər vurmayıb. Açığı, adıçəkilən kitabda toplanan əsərlərin çoxunda mən bu vacib, olduqca mühüm sayılan ədəbi aspektləri aydın sezə bildim. Anladım ki, istedadlı şair hər kəsi cəmiyyət içində bir əxlaq mücəssəməsi, ali sərvət olmasını istəyir. Səmimi eti¬raf edim ki, istedadlı şair, dərin nüfuz sahibi, sə¬xa¬vətli insan, xeyirxah vətəndaş Fəxrəddin Ziyanın şeirlərini oxuyanda adamın ürəyi riqqətə gəlir və dərindən düşünməyə vadar edir. O, bəlkə də bununla həyat örnəyi hesab etdiyi sosial rifahı daha nikbin notlara bükmək istəyir, oxucu qar¬şı¬sında həyatı fəhmlə duymaq iqti¬da¬rı yaradır, taleyi daha aydın anlayışla qavramaq tələbi qoyur. Fəxrəddin Ziyanın yaradıcılığında, elə yuxarıda adı çəkilən kitabda toplanan əsəsrlərində də, həqiqət ən ali gerçəkdir, müəllif hər kəsin qəlbində insanlıq adlı bir göydələn ucaltmaq fikrindədir. Bu isə alqışlanası haldır. Ümumiyyətlə götürdükdə, Fəxrəddin Ziyanın «İstəyimin qolları» (ikihissəli) kitabının əsas bədii çırpıntısı Baş Obrazın – Özünün Vətən üçün ömür sərf etməsi, qollarında hələ də Vətən gücü olmasını, xalq-dövlət üçün bu gün də yorulmadan çalışmasını təcəssüm etdirməkdir. Kitab bütünlükdə Vətən eşqində təcəlla etdiyi üçün könül aləmini elə Vətən sevdaları ilə rəngləyib. Bu duyğusal hal müəllifi – Fəxrəddin Ziyanı uzaqdan görünən başı qarlı dağlar qədər uca və məğrur edir... Fəxrəddin müəllimə Allahdan möhkəm can sağlığı, yeni uğurlar arzulayırıq. İlkin Əzizxanoğlu Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:47
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|