Heqiqet.Az » dunya » Putinin seçki qərargahı dövlət kanallarında debatlardan imtina edib


Putinin seçki qərargahı dövlət kanallarında debatlardan imtina edib

13-02-2024, 12:37
Çap et
Rusiya prezidenti Vladimir Putinin seçki qərargahı dövlət kanallarında debatlar üçün pulsuz televiziya və radio efirindən imtina edib.
Bu barədə Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd edək ki, Vladimir Putinin prezidentlik müddəti 2024-cü il mayın 7-də bitir. Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin olunub. Bu ilin yanvar ayında Rusiya Mərkəzi Seçki Komissiyası Vladimir Putinin prezidentliyə namizədliyini qeydiyyata alıb.
Reytinq: