Heqiqet.Az » hadise » Bakı-Quba yolunda qəza: yol təsərrüfatına ziyan dəyib


Bakı-Quba yolunda qəza: yol təsərrüfatına ziyan dəyib

16-02-2024, 15:07
Çap et
Bakı-Quba yolunda qəza: yol təsərrüfatına ziyan dəyib Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Belə ki, yük maşını idarəetmədən çıxaraq beton arakəsmə maneələrə dəyib. Nəticədə beton maneələr və bir işıq dirəyi sıradan çıxıb.
Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Reytinq: