Əli Əsədov Prezident İlham Əliyevə təşəkkür edib16-02-2024, 15:11
Çap et ![]() Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir vəzifəsini icra edən Əli Əsədov deyib. “Müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq bütün suveren ərazilərimizi əhatə edən və şanlı tariximizə Zəfər seçkisi kimi əbədi həkk olunacaq prezident seçkilərində inamlı və möhtəşəm qələbə münasibətilə möhtərəm Prezidenti bu yüksək kürsüdən bir daha ürəkdən təbrik edirəm”, - deyə Əli Əsədov bildirib. Qeyd edək ki, Milli Məclisdə “Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxılıb. Müzakirələrdən sonra məsələ səsə qoyulub və Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsinə razılıq verib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|