Heqiqet.Az » iqtisadiyyat » Pandemiyadan zərər çəkmiş sahibkarlara ayrılmış kreditin həcmi açıqlandı


Pandemiyadan zərər çəkmiş sahibkarlara ayrılmış kreditin həcmi açıqlandı

19-02-2024, 11:39
Çap et
Pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə borcu olan sahibkarların müraciəti əsasında subsidiyaların verilməsi ötən il ərzində davam etdirilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
"31 dekabr 2023-cü il tarixinə kreditin qalıq məbləği 893,4 mln. manat olan 5.071 müraciət üzrə 71,5 mln. manat faiz subsidiyası ödənilib. Dəstək proqramı çərçivəsində 31 dekabr 2023-cü il tarixinədək pandemiyadan zərər çəkmiş sahibkarlara ayrılmış dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi istiqamətində 52 mln. manat vəsait verilib.
Reytinq: