Heqiqet.Az » yazarlar » Yetim sevgi


Yetim sevgi

5-03-2024, 13:35
Çap et
Yetim sevgi
Akif Təvəkküloğlu
Əməkdar jurnalist

Bir sevgi itirdim eşq dənizində,
Yelkənli qayıqtək üzürdü sevgim.
Bir sevgi itirdim göyün üzündə,
Durna qatarıtək süzürdü sevgim

Sevgim nə tükənib nə ölsiydi.
Bağımda al-əlvan gül bitəsiydi,
Saf bir məhəbbətə tuş gələsiydi,
Nədənsə gəlmədi üzüldü sevgim.

Çiçək ətirliydi, bahar nəfəsli,
Qaynayıb coşurdu həyat həvəsli,
Haraya gəlməyir indi təsəlli,
Solğun çiçək kimi büzüldü sevgim.

İndi həsrət qalıb ötən çağlara,
Gəzdiyi dağlara həm oylaqlara,
Gərəksiz olubdu qanmayanlara
Elə bil can verir yüz ildi sevgim.

Bir dəli sevgiydi səsli-sədalı,
Bitib tükənməzdi başı bəlalı
Dünyaya sığmazdı cahı-cəlalı,
İndi yalqız qalıb yetimdi sevgim.

Reytinq: