Rasim Balayev yeni yaradılmış ittifaqın sədri seçildi6-03-2024, 11:29
Çap et ![]() Xalq artisti Şəfiqə Məmmədova yeni yaradılmış Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə səsvermədə namizədliyini geri götürüb. Xatırladaq ki, Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (SKA) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİB) birgə konfransı keçirilir. Konfrans iştirakçıları iki ittifaqın birləşməsinə səs veriblər. Sonra yeni yaradılmış qurumun nizamnaməsi qəbul edilib. Daha sonra qurumun adının müəyyənləşdirilməsi üçün səsvermə keçirilib. Yeni yaradılan qurumun adı Azərbaycan Kinematoqrafçılar İttifaqıdır. Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı 1963-cü ildə yaradılıb. Onun sədri Xalq artisti Rasim Balayevdir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb, sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|