Heqiqet.Az » dunya » ABŞ islamofobiya ilə mübarizə üçün milli strategiya hazırlayır


ABŞ islamofobiya ilə mübarizə üçün milli strategiya hazırlayır

11-03-2024, 11:35
Çap et
Müsəlmanlara qarşı mənfi halların artması fonunda ABŞ administrasiyası islamofobiya ilə mübarizəyə yönəlmiş strategiya hazırlamağa başlayıb.
Bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
"Mənim administrasiyam islamafobiya və onunla əlaqəli qərəz və ayrı-seçkilik formaları ilə mübarizə üçün ilk milli strategiya hazırlayır", - deyə Ağ Evin müqəddəs Ramazan ayının başlanması ilə bağlı verdiyi bəyanatda deyilib.
“Biz müsəlman amerikalılara qarşı dəhşətli nifrət və zorakılığın şahidi olduq”, - deyə ABŞ prezidenti deyib. O, İslamofobiyaya Birləşmiş Ştatlarda qətiyyən yer olmadığını vurğulayıb.
Reytinq: