Heqiqet.Az » idman » Azərbaycan millisinin sabiq futbolçusunun vəziyyəti açıqlandı


Azərbaycan millisinin sabiq futbolçusunun vəziyyəti açıqlandı

27-03-2024, 12:30
Çap et
Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin səhhətində irəliləyiş var.
Bu barədə 52 yaşlı veteran hücumçunun özü məlumat verib.
O bildirib ki, hazırda özünü normal hiss edir:
“Hər şey eyni qaydada davam edir. Ötən gün həkim müayinəsinə getmişdim. Dedilər ki, səhhətimlə bağlı hər şey yaxşıya doğru gedir. 6 ay içərisində tam sağalacağıma ümid edirlər. Mən də gözləyirəm və çox inanıram ki, tam sağalacağam. Amma sol əlim hələ də işləmir. Əvvəlki vaxta nisbətən indi daha rahat hərəkət edə bilirəm”.
Qeyd edək ki, fevralın əvvəlində insult keçirən Vadim Vasilyev hazırda müalicəsini ev şəraitində davam etdirir.
Reytinq: