“Ermənistan bölgəni geopolitik maraqların savaş poliqonuna çevirir” – Millət vəkili29-03-2024, 11:39
Çap et "Göründüyü kimi, Avropa İttifaqı və ABŞ hazırda faktiki olaraq bölgədə gərgin vəziyyət yaratmağa start veriblər. Bütün hallarda Azərbaycan bu planlardan xəbərdardır və hansısa oyunlarla onu müstəqil siyasətindən daşındırmaq mümkün deyil. Bu oyunlara rəvac verən Ermənistan isə indikindən daha fəlakətli vəziyyətə düşəcək, bölgəni geopolitik maraqların savaşı poliqonuna çevirən Ermənistan bu prosesdən ciddi zərər görəcək”.
Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov aprelin 5-də keçiriləcək Avropa İttifaqı, ABŞ və Ermənistan təhlükəsizlik görüşünə münasibət bildirərkən söyləyib. Millət vəkili bildirib ki, bu görüş ərəfəsində Ermənistan parlamentinin Azərbaycanla sərhəddə yerləşdirilmiş Avropa İttifaqı missiyasının statusuna dair razılaşmanı ratifikasiya etməsi də bu görüşə bir növ hazırlıq xarakteri daşıyır: “Ermənistan bununla, öz xidmətinin Qərbə nümayiş etdirir. Qərbin Ermənistanın güya təhlükəsizliyini önə çəkib bölgəyə yerləşmək planları açıq-aşkar görünür. Bu isə Azərbaycanla Ermənistan arasında təhlükəsizlik mühitinin formalaşmasına töhfə vermək deyil, bölgədə Ermənistan vasitəsilə hərbi varlığını yaratmaqdır. Bundan istifadə edən Ermənistan arxasında himayədar gücü hiss edərək sülh prosesindən yayınmaq, yenidən silahlanmaq və revanş haqqında düşünmək kimi davranışlar hiss etdirir. Demək, hərbi missiyanın bölgədə varlığı, Azərbaycanın da təhlükəsizliyinə təhdid yaradır və belə demək olarsa, Azərbaycana qarşı çevrilir. Bu, Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarına zidd bir hərəkətdir. Ermənistan və Qərbin oynadığı bu təhlükəli oyun regionda yeni bir müharibənin başlaması üçün zəmin rolunu oynaya bilər. Ermənistanın silahlandırılması da bu istiqamətdə atılan addımlardan biridir. Bu cür addımlar Cənubi Qafqazda sülh prosesini daha da zəiflədə bilər. Bu cür addımlar davam edərsə, gələcəkdə regionda ciddi problemlərin yaranmasına rəvac verə bilər”. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb10:38
Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcəkHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|