Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın 8-ci iclası keçirilib, əməkdaşlıq sənədləri imzalanıb2-04-2024, 12:43
Çap et Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclası keçirilib.
İclasda iştirak etmək üçün Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə S.İ.Burdujanın təkbətək görüşündə ötən dövrdə ikitərəfli əməkdaşlığın inkişafı sahəsində görülmüş işlərə və Komissiyanın 8-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S.Babayev Azərbaycan və Rumıniyanın diplomatik münasibətlərinin qurulmasından ötən dövr ərzində iki ölkənin əlaqələrinin daim genişlənməkdə olduğunu bildirib. 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin və 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, ümumən ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədinin ölkələrimiz arasında əlaqələrin inkişafına imkan yaratdığı, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub. Azərbaycan və Rumıniyanın iqtisadi əlaqələrində inkişaf dinamikasının davamı olaraq, iki ölkə arasında ticarət dövriyyəsinin yüksələn xətlə davam etdiyi və ötən il də 29,3 faiz artdığı qeyd edilib. S.İ.Burduja ölkəsinin Azərbaycanla dost münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişlənməsinə xüsusi önəm verdiklərini, hazırki iclasın da bu istiqamətdə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. İclasda enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, sosial, təhsil, humanitar, infrastruktur, inşaat və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb. Sonra S.Babayev və S.İ.Burduja Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının Protokolunu imzalayıblar. Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin Sədri-Dövlət katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb. Media nümayəndələri üçün keçirdikləri brifinqdə S.Babayev və S.İ.Burduja iclasın yekunları barədə məlumat veriblər. Onlar ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün davamlı işlər aparıldığını, imzalanan yeni sənədlərin də bu sahədə növbəti irəliləyişlərə imkan yaradacağına əminlik ifadə ediblər. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb10:38
Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcəkHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|