Heqiqet.Az » dunya » Gürcüstanda 23 yaşılı şəxs istifadəçilərin şəxsi məlumatlarını oğurladı, saxlanıldı


Gürcüstanda 23 yaşılı şəxs istifadəçilərin şəxsi məlumatlarını oğurladı, saxlanıldı

4-04-2024, 14:03
Çap et
Gürcüstanda "Silknet" telekommunikasiya şirkətinin istifadəçilərinin şəxsi məlumatlarını oğurlamaqda ittiham olunan şəxs saxlanılıb.
Bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verilir.
Məlumata görə, 23 yaşlı şəxs istifadəçilərin şəxsi məlumatlarını oğurlamaq üçün "Silknet" şirkətinin kompüter sisteminə kiberhücum edib. Sözgedən şəxs şirkətin 5 minə qədər müştərisinin şəxsiyyət vəsiqəsinin elektron nüsxəsini əldə edib.
Qeyd olunub ki, hazırda istintaq davam edir. Müştərilərin şəxsi məlumatlarını oğurlamaqda ittiham olunan şəxsi 6 ilədək həbs gözləyir.
Reytinq: