Heqiqet.Az » medeniyyet » Fidan Hacıyeva Beynəlxalq Opera Festivalının proqramı təqdim olunub


Fidan Hacıyeva Beynəlxalq Opera Festivalının proqramı təqdim olunub

18-04-2024, 11:06
Çap et
Aprelin 27-dən mayın 3-dək Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə ilk Beynəlxalq Opera Festivalı keçiriləcək. Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunacaq.
Layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera sənəti sahəsində yeni istedadların üzə çıxarılması və dəstəklənməsidir. Festivalın görkəmli qonaqları arasında xaricdən dünyaca məşhur dirijor və bəstəkarlar, Azərbaycanın tanınmış vokalçıları və musiqiçiləri, istedadlı gənclər var.
Festivalın proqramı
27.04.2024 / 19:00
Bakı Musiqi Akademiyası nezdinde Opera Studiyası
Jorj Bize "KARMEN"
4 pərdəlì opera yeni quruluşda
https://iticket.az/events/concerts/karmen/113891
28.04.2024 / 19:00
Müslüm Maqomayev adina
Azərbaycan Dövlət Akademik Filarmoniyası
"Gənc opera ulduzları" konsert
https://iticket.az/events/i-international-opera-festival-of-fidan-hajiyeva/young-opera-stars/110788
29.04.2024 / 19:00
Reșid Behbudov adina Dövlet Mahni Teatri
"Gələcəyin ulduzları konsert
https://iticket.az/events/i-international-opera-festival-of-fidan-hajiyeva/young-talents/11079
Beynəlxalq Muğam Mərkezi
"SƏNƏT VARİSLƏRi" konsert
https://iticket.az/events/i-international-opera-festival-of-fidan-hajiyeva/heirs-of-art/110790
01.05.2024 / 18:00
Fikret Əmirov adina Gence Dövlet Filarmoniyası
Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert
02.05.2024 / 19:00
Landmark Rotunda Zals
Klassik musiqi axşamı
03.05.2024 / 19:00
Mūslūm Maqomayev adina Azərbaycan Dövlet Akademik Filarmoniyası
"VİVA-OPERA" Festivalın bəğlanış konserti
https://iticket.az/events/i-international-opera-festival-of-fidan-hajiyeva/closing-concert-of-the-festival/110789
Reytinq: