Bakı-Quba və Bakı-Qazax yolu qismən BAĞLANIR31-05-2024, 11:42
Çap et Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar hərəkət yenidən təşkil olunacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib: 1. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65,1-ci kilometrində sol tərəfdə (Giləzi-Sitalçay ərazisində Bakı istiqamətində) quraşdırılan elektron tərəzi sisteminin son tamamlanma işləri ilə əlaqədar 10 (on) gün müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil edilib. 2. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində (Qaradağ ərazisi, DYP postu yaxınlığında) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil edilib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
13:57
Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib17:57
Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar09:06
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirinin iştirakçıları “TRT Antalya” radiosunda olublar12:38
Prezident İlham Əliyev: Azərbaycan-Özbəkistan əlaqələri hər keçən gün yeni məzmunla zənginləşirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|