Heqiqet.Az » idman » Yığmamız “Montenegro Cup”da 17 medal qazanıb


Yığmamız “Montenegro Cup”da 17 medal qazanıb

4-06-2024, 11:35
Çap et
Bədii gimnastika üzrə “Montenegro Cup” beynəlxalq turniri başa çatıb.
Azərbaycan yığması turnirdə 17 medal qazanıb.
Böyüklərin arasında Mədinə Dəmirova halqa, gürzlər, lent və topla çıxışda turniri 2 qızıl və 2 bürünclə başa vurub. Zərha Cəfərova isə halqa və lentlə bürünc qazanıb.
Gənclər gimnastların çıxışı zamanı Nilufər Oruclu 2 qızıl (halqa və top), Şəms Müvəffəqi 1 qızıl, 2 gümüş və 1 bürünc (top, gürzlər, lent və halqa), Mədinə Abbaslı isə 3 bürünc (top, gürzlər və lent) əldə edib.
Yeniyetmələr arasında isə Nur Sadıqova qızıl, Məryəm Baloğlanova bürüncə sahib çıxıb. Hər iki gimnast gürzlərlə çıxışda bu uğura nail olub.
Qeyd edək ki, millimiz “Montenegro Cup”da ümumilikdə 6 qızıl, 5 gümüş və 6 bürünc medal qazanıb.
Reytinq: