Heqiqet.Az » siyaset » Ceyhun Bayramov Hakan Fidanla TDT-nin Şuşa sammitinə hazırlığı müzakirə edib


Ceyhun Bayramov Hakan Fidanla TDT-nin Şuşa sammitinə hazırlığı müzakirə edib

18-06-2024, 12:56
Çap et
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında 17 iyun 2024-cü il tarixində telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri müzakirə ediblər.
Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşünə hazırlıq məsələləri nəzərdən keçirilib.
Telefon danışı zamanı həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər, eləcə də regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Reytinq: