Dünya dövlətləri inteqrasiyasının əsasları27-06-2024, 14:17
Çap et ![]() Görmək heç də çətin deyildir ki, dövlətləri bir araya yığmaq üçün multikulturalist ideologiyaya alternativ yoxdur. Bu ideologiyaya görə milli, etnik, dini ayrı seçkiliyin bütün formalarına qarşı dözməzlik dövlət, hökümət, qeyri hökümət, ictimai təşkilatların, eyni zamanda beynəlxalq təşkilatların fəaliyyətində qırmızı xətti təşkil edir. Daha yaxşı gələcəyə yönəlmiş təşəbbüslər, layihələr, onların reallaşdırılması istiqamətində atılmış addımlar inteqrativ prosesləri sürətləndirir. Dünya dövlətləri inteqrasiyasının ən vacib tərkib hissəsi iqtisadi inteqrasiyanın təmin olunmasıdır. Qloballaşmanın bu günkü səviyyəsinin IV Sənaye İnqilabının nəaliyyətlərinin bütün dövlətlərə çatdırılması, dövlətlərin iqtisadiyyatının davamlı inkişafına nail olmaq qarşıda duran əsas vəzifələrdəndir. I-ci növbədə iqtisadi cəhətcə geridə qalmış ölkələr, daha sonra inkişaf etməkdə olan dövlətlər BMT-nin beynəlxalq maliyyə qurumları: dünya bankı, beynəlxalq valyuta fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya bankı və sairə tərəfindən investisiya qoyuluşu ilə təmin edilir. Dünya dövlətlərinin inteqrasiyasında dövlətlərin qanunvericilik aktlarının uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Qabaqçıl təcrübəyə parlamentlər tərəfindən qanun yaradıclığı prosesində transformasiya edilir. Bu proses daha da sürətləndiliməlidir. Əslində bu proses həyatın bütün sahələrini əhatə etməlidir. Dünya xalqlarının inteqrasiyasında idmanın rolu xüsusi qeyd olunmalıdır. Beynəlxalq Olimpiya çempionatları, qitələrarası çempionatlar ilk baxışda rəqib kimi görünən insanları yaxınlaşdırır, dost edir. Bu xüsusilə milyonlarla insanı əhatə edən idmanın futbol, Formula I növlərində özünü bariz şəkildə biruzə verir. Dünya xalqlarının inteqrasiyasında mədəniyyət sahəsi önəmli yer tutur. Xalqları, millətləri mədəniyyət qədər biri-birinə yaxınlaşdıran ikinci vasitə yoxdur desək heç də yanılmarıq. Mədəni irsin təbliği, dünya xalqlarına çatdırılması dövlətin prioritet vəzifələrindəndir. Təəsüflə qeyd etməliyik ki, bu sahə ilə məşğul olan BMT-nin YUNESKO qrupu dövlətlərin daxili işlərinə qarışması, iqtisadiyyatın asılı vəziyyətə salınması yolverilməzdir. Tezis V. Sivilizasiyalar tarixi inkişaf prosesində müxtəlif mədəniyətlərin inkişaf səviyyəsi, milli-etnik, dini, mənəvi dəyərlərin məcmusu olmaq etibarı ilə aralarında antoqonist ziddiyətlər mövcud deyil. Antitezis V. Sivilizasiyaların qarşıdurması və toqquşması labüddür. Mədəniyyət sahəsi heç vaxt savaş predmeti olmamışdır. Əksinə mədəni müxtəliflik cəmiyyəti rövnəqləndirmişdir. Mədəniyyətlər arasında antoqonist ziddiyətlər heç cür ola bilməz. Sivilizasiyaların qarşıdurması və toqquşması heç bir əsası olmayan anti humanist, mürtəce bir ideyadır. Tezis VI. Dünyaya hökmran olmaq olmaz. “Dünya hökmranlığı” mümkün deyil. Antitezis VI. Dünyaya hökmran olmaq olar. “Dünya hökmranlığı” mümkündür. Tarix boyu “dünya hökmranlığına cəhdlər olmuşdur, hər dəfə müvəffəqiyyətsizliyə uğramışdır. İndiki dövrdə, çoxqütblü dünyada nüvə arsenalınmın mövcuduğu bu ideyanı alt-üst edir. Əks halda bəşəriyyətin sonu göz önünə gəlir. Bu kontekstdə belə bir sual meydana gəlir. Dünya bir mərkəzdən idarə oluna bilərmi? Cavab: dünya bir mərkəzdən idarə oluna bilər. Bu tarixi inkişafın yüksək mərhələsində dövlətlər arasında sərhədlərin şəffaflaşmasın, gömrük sisteminin ləğv olunması, ümumi dünya valyutasına keçid, vahid qanunverici sistemin formalaşması, iqtisadi, siyasi, sosial-mədəni sahələrdə inteqrativ proseslərin məntiqi davamı olaraq, çoxdövlətçiliyin “bir dünya, bir dövlət” prinsipi əsasında kollegial idarəetmə formatında, tarixi zərurət olduqda dinc yolla həyata keçiriləcəkdir. ![]() Məsum Kamal oğlu Əliyev Kürdəmir rayonu Karlar Ailə-sağlamlıq Mərkəzinin bölmə müdiri 10 iyun 2024-cü il Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|