Heqiqet.Az » hadise » DİN: Şənbə və bazar günləri 1 avtomat silahı, 2 tüfəng və 1 tapança götürülüb


DİN: Şənbə və bazar günləri 1 avtomat silahı, 2 tüfəng və 1 tapança götürülüb

8-07-2024, 11:13
Çap et
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 6-7-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 5 tüfəng təhvil götürüblər.
Son iki gündə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 tüfəng, 3 patron darağı və 32 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.
Reytinq: