Heqiqet.Az » hadise » DİN: Ötən gün 59 cinayətin üstünün açılması təmin olunub


DİN: Ötən gün 59 cinayətin üstünün açılması təmin olunub

2-08-2024, 11:14
Çap et
Avqustun 1-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
Reytinq: