Yaradılana münasibətdə Mehriban xanımın rəhbərlik etdiyi Fondun özü də yaradıcı mövqe tutur25-08-2024, 21:12
Çap et Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun genişləndirilməsində, Azərbaycanın sivilizasiyaılarası dialoqda fəal iştitrakı və roluxüsusi bir yer tutur. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva bu mötəbər qurumun tribunasından Azərbaycanın üzləşdiyi çətinliklər, işğal faktı və işğal nəticəsində Azərbaycan mədəniyyətinə, milli-mənəvi abidələrinə dəyən zərərləri dünya ictimaiyyətinə çatdırır. Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyətindən söz açarkən onun bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində nəhəng layihələrin həyata keçirilməsinə də xüsusi nəzər salmaq lazımdır. Ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev dövlət başçısı kimi Azərbaycanın dünya miqyasında daha yüksək səviyyədə tanınmasını, etibarlı tərəfdaş qismində qəbul olunmasını, qlobal iqtisadi və tranzit layihələrinin həm iştirakçısı, həm də təşəbbüskarı qismində çıxış etməsini təmin etdi. Bu gün dünyanın əksər nöqtələrində Azərbaycan sözü inkişaf, uğur, sabitlik və tolerantlıq anlayışları ilə assosasiya olunur. Təbii ki, ölkəmizin müasir dünyaya daha yaxından tanıdılması, xalqımızın milli-mənəvi dəyərlərinin təqdimatı olduqca çətin bir işdir. Burada xüsusi bir plan, xüsusi birfəaliyyət gərəkdir ki, ölkə başçısının rəhbərliyi ilə bu fəaliyyət çox uğurla həyata keçirilib. Bu mənada, illərdir Azərbaycanın özmilli kimliyinin tanıdılması, milli dəyərlərimizə sahib çıxılması və inkişaf etdirilməsi, ən əsası humanizmin və vətəndaş birliyinin daha yüksək səviyyəyə gətirilməsi işində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu olduqca yüksəkdir Birmənalı şəkildə qeyd edilməlidir ki, Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti iləseçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verməkdədir. Ümumilikdə, Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyətini daha yaxşı anlamaq üçün bir-birilə sistemli şəkildə əlaqəli olan kompleks məsələlərə toxunmaq lazımdır. Təbii ki, Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxsahəli fəaliyyətə nəzər yetirmək gərəkdir. 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi vəmədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərəkömək göstərməyi qarşısına məqsəd qoyub. Heydər Əliyev Fondunun yaranması ideyası nə zaman yaranmışdır? Ulu Öndər Heydər Əliyev 30 oktyabr 1997-ci ildə, Azərbaycan yazıçılarının X qurultayında fondun yaranması ilə bağlı fikirlərini səsləndirmiş, niyyətini açıqlamışdır: “Burada fondun yaranması haqqında da fikir söyləndi. Bir neçə ildir belə təkliflər alıram ki, bir fond yaransın, - “Heydər Əliyev Fondu” - və bu fonddan mədəniyyətin, istedadlı adamların, ədəbiyyatın inkişafına və başqa sahələrə yardım üçün istifadə olunsun. İndi artıq görürəm ki, doğrudan da, belə bir fondun yaranması zəruriyyəti gəlib çatıbdır...” Amma Fondun yaranması nə az, nə çox, düz yeddi il sonra gerçəkləşdi. Həm də Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram nümunəsi olaraq... Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yaradılan bu Fond Heydər Əliyev siyasi kursunun və şəxsiyyət obrazının əsas cizgilərini özündə ehtiva edir: iqtisadi, siyasi və mədəni inkişafa xidmət, elm, təhsil, texnika, idman, mədəniyyət və digər sahələrdə dinamikaya nail olmaq, dünya siyasi arenasında böyük nüfuz, xalqa, mənəvi dəyərlərə söykənmə, siyasi-sosial fəaliyyətdə elmi fikrin nailiyyətlərinə əsaslanma, xalqın və cəmiyyətin inkişafında elm və intellektdən faydalanma, milli genetik ruhun qorunması, yenilikçilik, təşəbbüskarlıq keyfiyyəti və maarifpərvə rliyə çağırış və s., və i. Bu mənada, “Heydər Əliyev Fondu” elə Ulu Öndərin arzu və niyyətinin çin olduğu bir hadisədir. İyirmi ildir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyət və humanitariya sahəsində geniş fəaliyyəti ilə bütün dünyada tanınmış, Cənubi Qafqazın ən böyük təşkilatı kimi nüfuz qazanmışdır. Heydər Əliyev Fondu yarandığı gündən etibarən Ümummilli Lider Heydər Əliyevin ideyalarını davam etdirmişdir. Milli dövlətçilik ideyalarına sadiqlik, təhsil, səhiyyə, mədəniyyət, idman sahələrinin inkişafında, xalqımızın mənəvi irsinin qorunması və təbliğində, yeni nəslin tərbiyəvi istiqamətdə yetişməsində əsaslı rol oynamaq gücü, azərbaycançılıq ideallarına sədaqət, dünyanın harasında olursa olsun milləti və dövləti layiqincə təmsil etmək əzmi və s. Ulu Öndər Heydər Əliyevin önəm verdiyi ən mühüm məqam xalqın milli-mənəvi irsi, mədəniyyət abidələri, dəyərlərinə sahib çıxmaq idi. Sirr deyil ki, Azərbaycanın birinci xanımı daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Bir sözlə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçünböyük layihələr həyata keçirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi isə bu mənada xüsusi seçilir. Mehriban xanım Əliyeva mütəmadi olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalır. Bunun təsdiqi olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binaları istifadəyə verilib. Fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində isə yüzlərlə internat və uşaq evi yenidən qurulub. O cümlədən, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla icra olunur. Layihə çərçivəsində ötən illər ərzində ölkənin müxtəlif bölgələrində 100 minlərlə şagirdin təhsil aldığı 3 min 200 məktəb binası inşa olunub və yenidən qurulub. Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır: «Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün Fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir. Mən Fondun əməkdaşlarını əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm və eyni zamanda, bildirməkistəyirəm ki, Fond Ulu Öndərin siyasi irsini təbliğ etmək üçündə böyük işlər görür». Məhz bu meqafəaliyyətin nəticəsidir ki, dünyanın bir sıra ordenvə medalları, mükafatları ilə təltif olunan Mehriban xanım Əliyeva ölkəmzin ən ülvi və böyük mükafatına- «Heydər Əliyev Mükafatı»na layiq görülüb. Qeyd edildiyi kimi, Azərbaycanın dövlət siyasətində humanizm hər zaman xüsusi yer tutur. Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının müdafiəsinə böyük sayğı göstərən Azərbaycan dövləti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşıb. Bu gün Heydər Əliyev Fondu xalqımızın tarixi taleyində mühüm işlərə imza atmağa davam edir. Yeni çağırış və reallıqlar qarşısında Fondun üzərinə götürdüyü bu məsuliyyət onun ənənəvi fəaliyyətinə davam xarakteri daşıyır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilməsi, Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa Saatlı məscidləri, Ağdam şəhər məscidi, Zəngilan şəhər məscidinin Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilməsi, eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi məhz, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilmişdir. Bəli, Yaradılana münasibətdə Fondun özü də yaradıcı mövqe tutur. Çünki Heydər Əliyev Fondu üçün qurub yaratmaq, həyatın universal başlanğıcına bərabər amildir. Ruhun təntənəsi kimi sakral bir dəyərdir. Soltanpaşa Məlikov, Şamaxı rayon Məlhəm-Əngəxaran-Çuxuryurd Bələdiyyəsinin sədri Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
