“Qurbanla futboldan başqa hər şeydən danışdıq” – Əməkdar artist2-09-2024, 09:07
Çap et Bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yazıb. “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovla fotosunu izləyiciləri ilə bölüşən Bəhram təsadüfən onunla kafedə rastlaşdığını bildirib: "Kafedə oturub çay içirəm, bir də görürəm ki, Qurban Qurbanov məkana kofe içmək üçün gəlir. Məşqdən əvvəl biri-birimizə müsbət enerji yüklədik, xəbər mübadiləsi etdik, futboldan başqa hər şey haqda danışdıq. Ümid edirəm ki, biri-birimizi yaxşı dəstəklədik. Ona yeni oyunlarında uğurlar arzuladım. Qurban Qurbanova polad xasiyyətinə görə təkcə futbol deyil, gəncləri motivasiya etdiyi üçün təşəkkür edirəm! Elə xarizmatik şəxsiyyətdir ki, ondan hər şeyi öyrənmək istəyirsən - necə davranmağı, danışmağı, öz həyat yolunu qurmağı, necə belə stilli, özünəinamlı və güvənən insan olmağı. Bilirəm ki, onun minlərlə azarkeş ordusu, o cümlədən mən də ondan çox şey öyrənirik. Ona dedim ki, həmyaşıd olsaq da, tez özümdən çıxmaq xasiyyətim mənə qalib gələndə, Qurbanın böyük səbrini həmişə xatırlayıram, coşqunluğumu azaldıram. Hər şeyə görə sağ ol Qurban". Qeyd edək ki, Qurban Qurbanovun komandası mərhələyə sentyabrın 26-da “Tottenhem”lə Londondakı oyunla start verəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
