XXI əsrin I yarısında qlobal sülhün yol xəritəsi6-09-2024, 14:41
Çap et ![]() NATO dövlətlərinin hərbi büdcəsi 1,26 trilyon dollar təşkil edir. Çin Xalq Resublikası hərbi xərcləri 7,2% artaraq 230,6 milyard dollara çatdırılmış, Rusiya Federasiyasının hərbi xərcləri ilk dəfə olaraq, sosial xərcləri üstələyərək 140 milyard dollar təşkil edir. Məlumdur ki, ən böyük hərbi xərclər “qlobal güc”lərə məxsusdur. Kəmiyyət dəyişmələri yeni keyfiyyət halına keçmiş, dövlətlərin daxili işlərinə qarışma, yeni-yeni münaqişə ocaqları yaratmaq, münaqişə tərəflərini müasir qırğın silahları ilə təchiz etmək, təcavüzkarı dəstəkləmək kimi neqaiv hallar baş vermişdir. Çıxış yolu hardadır? Dünyanı III dünya müharibəsindən necə qurtarmaq olar? Bynəlxalq gərginliyi necə azaltmaq olar?Sülh yolu hamını bir istiqamətdə apara biləcək yeganə alternativ yoludur. Qlobal sülhə necə nail olmaq olar, ilk növbədə çoxdan vaxtı çatmış məsələ beynəlxaq hüququn qeyri-şərtsiz işləməsinin təmin olunmasıdır. Bunun üçün müasir dövrün reallıqları nəzərə alınmaqla BMT rekonstruksiya olunmalıdır. Növbəti məsələ Rusiya-Ukrayna və İsrail-Fələstin müharibəsinin tezliklə, təxirə salınmadan dayandırılmasıdır. Qlobal sülh üçün ən böyük təminat davamlı etimad mühitinin formalaşdırılmasıdır. Bunun üçün ilk növbədə nüvə silahından hamılıqla imtina olunması, Beynəlxalq ATOM Enerjisi Agentliyinin təşkilatçılığı və iştirakı ilə mövcud nüvə silahı ehtiyyatlarının demontaj edilməsi zəruridir. Qobal sülhə aparan yolda ən böyük maneələrdən biri hərbi blokların mövcudluğudur. Növbəti mərhələdə konsensus əsasında bütün hərbi bloklar buraxılmalıdır. Uzun illərdən bəri mövcud olan münaqişə ocaqları-boz zonalar növbə ilə BMT-da kollegial müzakirəyə cıxarılmalı və ləğv edilməsi istiqamətində qərar qəbul edib, əməli tədbirlər həyata keçirilməlidir. ![]() Məsum Kamal oğlu Əliyev, Kürdəmir rayon Karrar Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri 05 sentyabr 2024-cü il Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|